“Turan Tovuz”un Türkiyədəki rəqibləri məlum oldu

11.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Futbolpress.az xəbər verir ki, bölgə klubu yanvarın 9-da Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.

İkinci oyun yanvarın 12-də baş tutacaq. Özbəkistan təmsilçisi “Paxtakor”la qarşılaşma da yerli vaxtla saat 17:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью