“Turan Tovuz”un Türkiyədəki rəqiblərindən biri bəllidi

01.01.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avrokuboklara qatılmaq niyyətini gizlətməyən “Turan Tovuz” mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün yanvarın 4-də Antalyaya yollanacaq.

Kəmər bölgəsindəki "Sherwood Exclusive" otelində məskunlaşacaq tovuzlular ayın 13-dək qonşu ölkədə olacaq. Bəs iki yoxlama oyunu keçirməyi planlaşdıran “Turan Tovuz”un rəqibləri hansı klublardı?
“Football-plus.az” bu sualın cavabını “Turan Tovuz”un idman direktoru Səməd Nəsibovdan soruşub:

“Komandamız təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Bunları da yanvarın 9-u və 12-nə nəzərdə tutmuşuq. Rəqiblərdən biri məlumdu, digəri yox. “Qloriya Buzeu” ilə yoxlama görüşü keçirəcəyik”.


Xatırladaq ki, “Qloriya Buzeu” Rumıniya çempionatının elitasında 21 turdan sonra 16 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.
RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью