“Turan” üçün həlledici oyun

10.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın “Maritsa” komandasını qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.

Komandalar arasında keçirilən ilk oyunda “Turan” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью