“Turan” voleybol klubu CEV Çempionlar Liqasında mübarizəyə başlayır

08.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən mövsüm Azərbaycan çempionu olan “Turan” Voleybol Klubu bu mövsüm CEV Çempionlar Liqasında ölkəmizi təmsil edəcək.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Komandanın ilk rəqibi Xorvatiya çempionu “Mladost Zaqreb” olacaq.

İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью