“Turan” Voleybol Klubundan daha bir tarixi uğur

10.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma azarkeşlərin böyük marağı və dəstəyi fonunda baş tutub.

Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib.

Beləliklə, Tovuz təmsilçisi adını Avropanın ən güclüləri sırasına yazdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью