Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın voleybolçulardan ibarət "Turan" bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Tovuz təmsilçisi Xorvatiyada "Mladost"la üz-üzə gələcək.
Görüş Zaqreb şəhərində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuzlular növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstan "Maritza"sı ilə qarşılaşacaq.