Turanə Hüseynli Türkiyədəki tamaşadan kənarlaşdırıldı

24.01.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Aktrisa-aparıcı Turanə Hüseynli "Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərmək üçün İstanbula yollanmışdı. SİA xəbər verir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan "Yetersiz Bakiye - Hesap kesim” tamaşasının yeni quruluşunda rol alacağını açıqlamışdı. Hətta aktrisa, İstanbulda tamaşanın ssenarisinin oxuma məşqlərinə qatılmış və fotolarını sosial media hesabında paylaşmışdı. Tamaşa ilə bağlı maraqlı məqam diqqətdən qaçmayıb. Belə ki, yayımlanan posterdə Turanə Hüseynlinin fotosunun və adının olmaması ilə aktrisanın layihədən kənarlaşdırıldığı məlum olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью