“TuranTovuz” Antalyada Paxtakorla oynayacaq İdman və Biz

06.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan-Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 9-da komanda Rumıniyanın “Qloriya Buzau”su ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.

İkinci oyun 3 gün sonra təşkil olunacaq. Tovuz təmsilçisi Özbəkistan "Paxtakor"u ilə üz-üzə gələcək. Bu qarşılaşma da yerli vaxtla saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Kurban Berdiyevin komandası yanvarın 13-dək Antalyada hazırlığını davam etdirəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью