Turdan diqqətçəkən məqamlar

01.12.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqada XIII tur başa çatıb.

Lider “Qarabağ” turu qələbə ilə başa çatıb. “Atlılar” ikinci hissənin sonlarında vurduğu qollarla “Karvan-Yevlax”ı məğlub edib. Bir oyunu ehtiyatda olan Qurban Qurbanovun kollektivi artıq ikinci sıradakı “Zirə”ni üç xal qabaqlayır.

Bu turda “Neftçi” ilə heç-heçə edən “Turan Tovuz” dördüncü pilləyə geriləyib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin son matçlarda oyununda eniş var. Qol yollarında sıxıntıları olan və epizod yaratmaqda çətinlik çəkən tovuzluların məhsuldarlığı aşağıdır.

“Zirə” bu turda ikinci pilləyə yüksəlib. “Kəpəz”lə matçda ikinci hissədə vurulan qollarla inamlı qələbəyə sevinən “qartallar” liderin üç xal gerisindədir. Hücum xəttində itkilərə baxmayaraq, komandanın yarımmüdafiəçiləri qollarla problemi müvəqqəti olsa da, unutdurur.

Turnir cədvəlinin sonuncuları “Karvan-Yevlax” və “Kəpəz” məğlubiyyətlərə davam edir. “Karvan-Yevlax” baş məşqçi dəyişikliyi edib. Rəsmən təyinat açıqlanmasa da, komandanı oyuna Füzuli Məmmədov çıxarıb. Hərçənd, qısa zamanda yevlaxlılardan hansısa nəticəni gözləmək sadəlövhlük olar.

Bu tur “Qəbələ” qələbəsizlik seriyasına son qoydu. “Araz-Naxçıvan”la ev oyununda əzmkar qalibiyyət əldə edən “qırmızı-qaralar” mövsümdə ikinci dəfə üç xal qazandı. Kaxaber Sxadadzenin yetirmələri indi sonuncu “Karvan-Yevlax”dan üç xal öndədir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью