Turindən Neapola üz tutacaq?

29.12.2024

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yuventus” rəhbərliyi Danilo Silvanı satışa çıxarıb.

İtaliya klubu 33 yaşlı braziliyalı müdafiəçini gələn ilin yanvarında satmağı planlaşdırır. Satışın yaxın həftələrdə baş tutacağı gözlənilir. Danilo bu mövsüm “Yuventus”un heyətində 16 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Hazırda ayaq biləyindən zədəli olan futbolçu tezliklə Neaolda peyda ola bilər. Braziliyalı karyerasını “Napoli”də davam etdirməyə hazırlaşır. “Sky Sports”un məlumatına görə, Neapol klubu 33 yaşlı müdafiəçiyə müqavilə təklif edib və Danilo transfer təklifini qəbul edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью