Turist avtobusu qəzaya uğradı ÖLƏNLƏR VAR

05.02.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Taylandda turist avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 35 nəfər, o cümlədən xarici turistlər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.

Avtobus gecə Çianq Maydan Banqkoka gedirdi. Hadisə avtomobilin idarəetməni itirərək qarşı zolağa çıxması və daha sonra yolun kənarındakı ağaca çırpılması nəticəsində baş verib. Qabaq oturacaqda əyləşən avtobus qulluqçusu yerindəcə keçinib, sürücü xəstəxanaya aparılıb, daha sonra orada dünyasını dəyişib. Qurbanların hər ikisi Tailand vətəndaşıdır.

Polis yol-nəqliyyat hadisəsinə səbəb olan şəraitlə bağlı araşdırmalara başlayıb. 

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью