Turist cəlb etmək üçün avtomobilsizləşdirmə FOTOLAR

16.06.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanın Səmərqənd şəhərində 13 küçə avtomobilsizləşdirilir. 

Avtosfer.az xəbər verir ki, şəhərin tarixi mərkəzindəki küçələr piyadaların ixtiyarına veriləcək. Ümumilikdə isə şəhərin turizm infrastrukturu köklü surətdə yenilənir. Məqsəd yaxın illərdə qonaqlama yerlərinin sayını 850-yə, otaq sayını 20 minə çatdırmaqdır. Şəhərdə turizm dövriyyəsinin 750 milyon dollara çatdırılması nəzərdə tutulur. 

Turist sayını artırmaq üçün ilk növbədə piyada infrastrukturunun genişləndirilməsi həyata keçiriləcək. Təcrübə göstərir ki, piyadaların ixtiyarına verilmiş küçələr həmin ərazidə ticarəti canlandırır, gəlirliliyi artırır.

Qeyd edək ki, son illərdə Daşkənd, Buxara, Səmərqənd, Xivə və Kokand kimi şəhərlərdə rekonstruksiyalar aparılır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью