Turist gəmisi aşıb, 18 nəfər ölüb

19.07.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Avtosfer.az "Report"a istinadən xəbər verir.

Son məlumatlara görə, xilasedicilər 18 nəfərin cəsədini sudan çıxarıb, 12 nəfəri xilas etmək mümkün olub.

Bundan əvvəl VnExpress xəbər portalı göyərtəsində 53 nəfərin - 48 turist və 5 ekipaj üzvü olan səyahət gəmisinin Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən çevrildiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью