Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Altay Respublikasında turistə ayı hücumundan sonra 55 qəhvəyi ayı öldürülüb.
Redaktor.az xəbər verir ki, regional hökumətin məlumatına görə, avqust ayında ayıların yaşayış məntəqələrinə və insanlara yaxınlaşması hallarının artması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Məlumata əsasən, indiyədək 55 ayı ovlanıb. Altay Respublikasında qəhvəyi ayıların ümumi sayının isə 4 600-dən çox olduğu bildirilib.
Onqudai və Turoçak rayonlarında yüksək hazırlıq rejimi elan edilib. Turoçak rayonunda təhlükəsizlik məqsədilə saat 20:00-dan 10:00-dək komendant saatı tətbiq olunur.
Regional Təbii Sərvətlər Nazirliyi ümumilikdə 157 ayının ovlanmasına icazə verən lisenziya verib.
Hakimiyyət orqanları sakinləri və bölgəyə gələn turistləri ayılardan ehtiyatlı olmağa, xüsusilə də meşəlik ərazilərə səfərlərdən çəkinməyə çağırıb.
Aytəkin TOFİQQIZI