Turistə təcavüz edən 92 yaşlı əmir işdən qovuldu

25.11.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nigeriyanın ən tanınmış ənənəvi hökmdarlarından biri olan Daura əmiri 92 yaşlı Umar Faruk Umar polşalı turistə qarşı cinsi xarakterli zorakılıq iddiası ilə bütün rəsmi vəzifələrindən uzaqlaşdırılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Nigeriyada 30 gün səyahət edən turist noyabrın 14-də əmirin sarayını ziyarət edib. Qadın sosial şəbəkədəki paylaşımında əmirin onun sinəsinə toxunduğunu iddia edib.

Turistin paylaşdığı, sonradan isə sildiyi videogörüntülərdə əmir olduğu güman edilən kişinin qadının sinəsinə toxunmağa çalışdığı və qadının “Dayan, dayan” dediyi eşidilir.

Hadisə ölkədə ciddi etirazlara səbəb olub. Katsina ştatının qubernatoru Dikko Umaru Radda iddiaların araşdırılması üçün xüsusi istintaq komissiyasının yaradılması barədə göstəriş verib.

Qeyd edək ki, Umar Faruk Umar 2007-ci ildə taxta çıxıb. Siyasi səlahiyyətləri olmasa da, Nigeriyanın şimalında böyük dini və mədəni nüfuza malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью