Turisti incit, sonra da turizm gəliri gözlə? Ekspertdən TƏNQİD | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Daha bir turizm mövsümü başa çatır.
Təəssüf ki, bir çox tarix-memarlıq abidələrində və digər məkanlarda turist hələ də "bir dəfəlik gəlir mənbəyi" kimi görülür.
Şəkil çəkməyə qadağa qoymaq və yaxud şəkil çəkmək üçün pul tələb etmək kimi yanaşmalar yalnız qısamüddətli qazanc psixologiyasının təzahürüdür.
Halbuki turizmin iqtisadi dəyəri təkrar səfərlər və razı qalan turistin tövsiyələri üzərində formalaşır".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, dünyada ən çox ziyarət edilən Parisin Louvre muzeyində tətbiq edilməyən qadağaları biz bəzi məkanlarımızda tətbiq edirik.
Buna görə də "Louvre"-a 40 avro ödəməyə hazır olan hər il 8-9 milyon turist gəlir, biz isə hələ də belə turizm potensiallı məkanlarımızı dövlət büdcəsindən "asmışıq": "Belə məkanların rəhbərləri və buna qərar verən şəxslər iqtisadi düşüncəsi və uzunmüddətli viziona sahib olmalıdır.
Artıq hamı bilir ki, milyonlarla turist çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşaraq bu məkanların pulsuz reklamını edir.
Tam oxu
Xəbəri oxu