Turistlər məşhuru tanımadı, telefonu verib şəklimizi çək dedilər VİDEO

10.05.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Barselonada maraqlı hadisə yaşanıb.

Ölkə.az xəbər verir ki, bir qrup turist şəhəri gəzərkən "Barcelona"da və İspaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edən Lamin Yamaldan onların şəklini çəkməyi xahiş edib.

Maraqlısı odur ki, qadın turistlər əvvəlcə qarşılarındakı şəxsin məşhur futbolçu olduğunu tanımayıblar.

Daha sonra onlardan biri qarşılarında Yamalın olduğuna şübhə etməyə başlayıb. O, "Barcelona"nın vingerindən adını soruşanda isə Lamin "Ryan" cavabını verib.

Bundan əlavə, qadınlardan biri futbolçunun telefon nömrəsini almağa cəhd göstərib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью