Turistlər üçün klassik avtomobillər sərgisi

25.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin sərgisi keçirilir.

Sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə təqdim olunur. İzləyicilər yarış günlərində Formula 1-in fan zonasında retro avtomobillərlə tanış ola biləcəklər. Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan həmin sərgi ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.

Xatırladaq ki, sərgi sentyabrın 26-dək davam edəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью