Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Xarici turistlər yarım il ərzində Gürcüstana 1,9 milyard dollardan çox gəlir təmin edib. Oxuməni. az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının məlumatlarında qeyd olunub.
2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2% az olub.
Gürcüstanda ən çox xərci Aİ ölkələrindən gələn turistlər edib – 335,6 milyon dollar, ardınca Rusiya (307,1 milyon dollar) və Türkiyə (255,1 milyon dollar) gəlir.
Bununla yanaşı, rusiyalılar bu il Gürcüstandakı xərclərini 25%, avropalılar isə 21% artırıblar. Ötən il Gürcüstanda ən çox xərci Rusiya vətəndaşları edib – 697 milyon dollardan çox. Ümumilikdə, 2025-ci ildə əcnəbilər Gürcüstana təxminən 4,7 milyard dollar gəlir gətirib.
Yarım il ərzində Gürcüstana xarici turist axını 2,7 milyon səfər təşkil edib ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 2,7% azdır. Rusiyadan gələn turist axını isə 5% artaraq altı ay ərzində təxminən 611 min səfərə çatıb.
Almaz Həsənli