Turistləri daşıyan kater partlayıb | Icma.az
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya və Qazaxıstandan olan turistləri daşıyan kater Tailandın cənubunda Maitona adası yaxınlığında partlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Tailandın turizm polisi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
"Kater Maitona adası yaxınlığında partlayıb. Onun göyərtəsində Qazaxıstan və Rusiyadan olan 31 turist var idi.
Hadisə zamanı bir Rusiya vətəndaşı xəsarət alıb. Yaralı tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Digər 30 turist xəsarət almayıb və öz hotellərinə qayıdıblar", - məlumatda qeyd edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu