Turistləri daşıyan New Shepard raketi suborbital uçuşu başa vurdu

01.06.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin "Blue Origin" şirkətinin "New Shepard" raketi altı turistdən ibarət ekipajla suborbital kommersiya uçuşu həyata keçirib.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, raket Texasın qərbindəki Van-Horn şəhəri yaxınlığında yerləşən "Corn Ranch" buraxılış meydançasından start götürüb. Uçuş təxminən 10 dəqiqə davam edib.

Qeyd edək ki, aprel ayında "New Shepard", müğənni Keti Perri də daxil olmaqla, qadınlardan ibarət ekipajla uçuş həyata keçirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью