Turistlərin ən çox üz tutduğu 5 ölkə

10.06.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Cari ilin ilk 4 ayında özbək turistlərin ən çox üz tutduğu xarici ölkələrin siyahısı məlum olub.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Milli Statistika Komitəsi bu barədə məlumat yayıb. Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında ümumilikdə 2,1 milyon Özbəkistan vətəndaşı turizm məqsədilə xarici ölkələrə səfər edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 404,5 min nəfər və ya 23,6% artıb. Özbək turistlərin ən çox səfər etdiyi ölkələr sırasında ilk yeri Qırğızıstan tutub. Hesabat dövründə bu ölkəyə 899 min özbək turist səfər edib. Sonrakı yerləri isə Tacikistan və Qazaxıstan tutub. Sonuncu yerləri isə Səudiyyə Ərəbistanı və Rusiya bölüşdürür.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью