Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəzi ölkələr turistlərin qəlbində elə bir iz buraxır ki, onlar hava limanına gedərkən növbəti səfəri planlamağa başlayırlar. Belə yerlər şəhərlərin cazibəsindən və inanılmaz mənzərələrdən tutmuş, bir dəfə dadına baxa bilməyəcəyiniz mətbəxə qədər zəngin təəssüratlarla doludur.
Qaynarinfo xəbər verir ki, turistlərin hansı ölkələrə ən çox qayıtmaq istədiyini müəyyən etmək üçün lüks hava limanı transfer xidmətləri göstərən "SCS Chauffeurs" şirkəti 8 mindən çox onlayn rəyi və dəstək səsini analiz edib. Toplanan məlumatlara əsasən, səyahətçilərin başqalarına tövsiyə etdiyi və yenidən ziyarət etməyi planlaşdırdığı istiqamətlər müəyyən olunub.
Osa yarımadasının xəzinələri və "təmiz həyat"
Birinci yeri 895 qeyd və səs ilə Kosta-Rika tutub. Bu Mərkəzi Amerika ölkəsi 2026-cı ilin ən yaxşı səyahət istiqamətləri siyahısında daimi olaraq yer alır. Şimal bölgəsi artıq uzun müddətdir ki, San-Xose-dan Monteverde bulud meşəsi, Tamarindo çimərliyi və Manuel-Antonio milli parkına gedən məşhur "backpacker” marşrutu ilə tanınır.
Bundan əlavə, Kosta-Rikada daha az tanınan bir region – Osa yarımadası var, sentyabrdan etibarən dünyanın ən az qiymətləndirilən istiqamətləri reytinqinə başçılıq edir. "Time Out" jurnalının səyahət bölməsinin redaktoru Qreys Bird bu uzaq və vəhşi bölgəni "dünyanın ən yaxşı ekosəyahətlərindən biri” adlandırıb.
Onun sözlərinə görə, Osa həm əsl məsafə baxımından, həm də turist infrastrukturuna görə ölkənin şimalındakı məşhur marşrutlardan uzaqdır. Eyni zamanda, "pura vida” – Kosta-Rikanın milli şüarı olan "təmiz həyat” axtaranlar məhz burada, ölkənin cənubunda yerləşən San-Vito unikal dağ icmasında onu tapa bilərlər.
Üçlükdə digər ölkələr
Reytinqdə ikinci yer İtaliya, üçüncü yer isə Yaponiyaya məxsusdur. Araşdırma müəllifləri qeyd edir ki, hər iki ölkə yenidən ziyarət üçün tamamilə layiqdir. Səyahətçilərə Yaponiyanın daha az tanınan şəhərlərinə, həmçinin bu il ziyarət edilməli əsas İtaliya istiqamətlərinə diqqət yetirmələri tövsiyə olunur.
Turistlərin ən çox yenidən ziyarət etmək istədiyi 10 ölkə:
1. Kosta-Rika
2. İtaliya
3. Yaponiya
4. Böyük Britaniya
5. Portuqaliya
6. Birləşmiş Ərəb Əmirlikləri
7. Hindistan
8. Yeni Zelandiya
9. İrlandiya
10. İslandiya
Aydın