Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək

04.05.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mozg Media Group” MMC (VÖEN – 1505539741) olub.
Qeyd edək ki, “Mozg Media Group” Turizm Agentliyinin sifarişi əsasında Bakıda keçiriləcək “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatının təşkili xidmətlərini göstərəcək. Göstəriləcək xidmətlərin qarşılığında Agentlik MMC-yə 84 min 852 manat 20 qəpik ödəyəcək.
Onu da bildirək ki, nizamnamə kapitalı 53 min 540 manat olan “Mozg Media Group” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Muxtarov Orxan Muxtar oğludur.
Məlumat üçün qeyd edək ki, “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatında iştirak etmək üçün Azərbaycana aşağıdakı ölkələrdən qonaqlar gələcək:
Türkiyə (İzmir);
Özbəkistan (Daşkənd);
Belarus (Minsk);
Qazaxıstan (Almatı);
Rumıniya (Buxarest);
Pakistan (İslamabad);
İtaliya (Milan);
Türkiyə (Antalya);
Serbiya (Belqrad);
Rusiya (Moskva);
Sloveniya (Lyüblyana);
Xorvatiya (Zaqreb);
Şotlandiya (Edinburq);
ABŞ (Detroit);
Almaniya (Frankfurt);
İtaliya (Bari);
İsveç.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью