Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib.
Oktyabrın 17-də jurnalistlər Muxtar Respublikanın Şahbuz rayonunda yerləşən “Ağbulaq” İstirahət Mərkəzində olublar.
Məlumat verilib ki, dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 59 oturacaq quraşdırılıb.
Qeyd edək ki, “Ağbulaq” İstirahət Mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və üzv təşkilatların ölkəmizin səfalı guşələrində istirahət mərkəzləri və sanatoriya-kurort müəssisələrindən biridir.
“Ağbulaq” istirahət mərkəzində həm qış aylarında, həm də yay mövsümündə mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.
Paylaş