Turizm Agentliyində yoxlama aparılır

14.03.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır.

Manset.az APA-ya istinadən xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью