Turizm bazarının canlanması əsasən iyun ayının ortalarına təsadüf edir EKSPERT ŞƏRH ETDİ |…
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Turizm bazarının canlanması əsasən iyun ayının ortalarına təsadüf edir.
Çünki Azərbaycanda məktəblərin, xüsusən də ümumtəhsil məktəblərinin bağlanması yerli turistlərin bölgələrə səfərinə şərait yaradır.
Həmçinin, xarici ölkələrdən gələn ailəvi turistlərin sayında da xeyli canlanma müşahidə olunur.
Ümumiyyətlə, “pik sezon” adlanan yüksək mövsüm sentyabr ayının 15-nə qədər davam edir".
Bu sözləri SİA-ya açıqlamasında turizm-eksperti Cabir Dövlətzadə deyib.
Onun sözlərinə görə, iyun ayından başlayır və sentyabrın ortalarına qədər mütəmadi olaraq turist sayının artması ilə müşahidə olunur: "Bayram tətillərində isə vətəndaşlar üçün tur paketlərini əldə etmək asan olmur.
Çünki bu paketlər ya əvvəlcədən baha qiymətə satılır, ya da son anda alınanda daha da baha başa gəlir: "Ümumiyyətlə, Azərbaycan bazarında tur paketlərin qiyməti Türkiyə ilə müqayisədə xeyli bahadır.
Bunun səbəbi, xüsusilə həftə sonları insanların bölgələrə axını və bunun nəticəsində tələbin artmasıdır.
Tam oxu
Xəbəri oxu