Turizm Marketinq Strategiyası ilə bağlı hansı işlər görülür?

14.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlər həyata keçirilir".

Oxu.Az xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib.

O bildirib ki, təbiət və macəra, mədəniyyət, sağlamlıq və işgüzar tədbirlər kimi sahələrə, eyni zamanda qış turizmi fəaliyyətlərinə xüsusi önəm verilir:

"Ölkə turizminin təbliği və təşviqi baxımından yeni hədəf bazarlarının araşdırılması, turizm bazarlarına çıxışın asanlaşdırılması və mövcud turizm bazarlarında aktivliyin artırılması, o cümlədən ziyarətçi bazasının genişləndirməsi istiqamətində aktiv işlər aparılır. Cari ildə Azərbaycanın turizm potensialının təbliği istiqamətində xarici media resurslarında, beynəlxalq turizm səgilərində, B2B görüşlərdə 30-a yaxın aktiv kompaniya aparılıb".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью