Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
"Quru sərhədlər açıldıqdan sonra turizmdə canlanmanı görəcəyik".
Bunu Demokrat.az-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.
O bildirib ki, hazırda ölkəyə gələn turistlərin sayında azalma daha çox mövsümi xarakter daşıyır:
"Gürcüstan və Ermənistan bazarı bizimlə rəqabətdədir, onlar bizdən daha ucuz təkliflər verirlər. Qafqaza gələn turistlər də daha çox Gürcüstan və Ermənistana gedir, sonra bizə gəlirlər. Təsir edən məqamlardan biri də quru sərhədlərin bağlı olmasıdır, bu, turizmdə kütləviliyin qarşısını alır.
Quru sərhədlər açılandan sonra turizmdə yüksəlişi görə bilərik. Çünki turistlər daha çox dəmiryolu və avtomobil yolu ilə gəlirlər. Biznes müştərilər isə daha çox təyyarədən istifadə edirlər. Ona görə quru sərhədlərin açılması çox vacibdir və bundan sonra inkişafı görə bilərik.
Turizm məhsulları Turizm Agentliyi tərəfindən mütəmadi olaraq hazırlanır, təqdim olunur. Amma bunun daha çox reklam edilməsi lazımdır. Gələn insanlar turizm məhsullarının çeşidliliyini görməlidir ki, Azərbaycanı seçsinlər".
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.