Turizm obyektləri 5 xarici dildə “danışacaq”

21.08.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanın turizm obyektləri haqqında məlumatların xarici qonaqlara daha əlçatan təqdim edilməsi üçün rəqəmsal audiobələdçilər yaradılacaq.

İlkin mərhələdə audiobələdçi hazırlanacaq tarix, mədəniyyət və təbiət obyektlərinin siyahısı müəyyən ediləcək.

Seçilmiş obyektlər haqqında bələdçi mətnləri hazırlanaraq 5 xarici dilə tərcümə ediləcək. Mətnlər peşəkar audio formata çevriləcək.

Turistlər audiobələdçilərə obyektlərdə yerləşdiriləcək QR kodları skan etməklə və digər rəqəmsal vasitələrlə çıxış əldə edə biləcəklər.

Layihə çərçivəsində Şuşadakı, dövlət qoruqlarındakı, muzeylərdəki, tarixi abidələrdəki və təbiət ərazilərindəki obyektlərin rəqəmsal məlumatlandırma imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Audiobələdçilər turistlərin fərdi şəkildə səyahət etməsini asanlaşdıracaq, bələdçi xidmətinin əlçatan olmadığı saatlarda da məlumat almağa imkan verəcək.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью