Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Turizm sektoru üçün bu il 2 mühüm yeniliyimiz olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda hotel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib”, - DVX rəisi qeyd edib.
Nuranə Daxilqızı