Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri - Aynur Əhmədova, Əli Əhmədov və Elgün Rəcəbov DAAD proqramı vasitəsilə Almaniyada təhsil almaq və yay məktəbi təcrübəsində iştirak fürsəti qazanıblar.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr proqram çərçivəsində turizmə dair müasir biliklərlə yanaşı, mədəni və sosial mühitdə yeni təcrübə imkanına yiyələnəcəklər.
Yay məktəbinin keçirildiyi Yade Tətbiqi Elmlər Universiteti ilə ATMU arasında əlaqələr 2008-ci ildən başlanıb. Səmərəli əməkdaşlıq əlaqələrini ehtiva edən DAAD proqramı tələbələrin həm akademik, həm də sosial mühitdə inkişafına zəmin yaradıb.