Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır

20.08.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanın turizm sektorunda ixtisaslı kadr təklifi ilə əmək bazarının tələbi arasında ciddi fərq mövcuddur.

2023-cü ildə turizm ixtisasları üzrə təhsilini başa vuranların sayı 1,9 min nəfər təşkil edib. Eyni ildə yalnız turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 8,8 min nəfər muzdlu işə qəbul olunub. Beləliklə, sektorda işə cəlb edilənlərin sayı turizm ixtisasları üzrə məzunların sayını 4,6 dəfə üstələyib.

2016–2022-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin məzunları arasında məşğulluq səviyyəsi 53,6% olub. İşləyən məzunların yalnız 58%-i öz ixtisasına uyğun sahədə fəaliyyət göstərib.

Turistlər arasında keçirilən sorğularda xidmətlə bağlı əsas problemlər əlverişli qiymət, gigiyena və müştəri xidməti kateqoriyalarında qeydə alınıb.

Dövlət Proqramında turizm təhsilinin əmək bazarına uyğunlaşdırılması, “dual təhsil” modelinin tətbiqi, qısamüddətli peşə kursları və ixtisaslaşdırılmış təlimlərin təşkili nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью