Türk Ağsaqqalları İctimai Birliyindən BƏYANAT | Icma.az
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən 28.11.2024-cü il tarixində bəzi onlayn media subyektlərində Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi –TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyevə qarşı məhkəmə iddiasının qaldırılması barədə məlumat yayımlanıb.
Məlumatlarda qeyd olunur ki, guya S.İmamverdiyev adı göstərilməyən şəxsə qarşı böhtana yol verib.
Məsələ ilə bağlı TAİB bəyanatla çıxış edib. Missiya.Az bəyənatı olduğu kimi təqdim edir: “TAİB İdarə Heyəti bu iddianı tamamilə rədd edir və
Ortada yalnız ayrı-ayrı saytların mənbə göstərilmədən yaydığı qeyri-rəsmi məlumatlar var.
Biz öz əlaqələrimizdən istifadə edərək dəqiqləşdirdik ki, söhbət Türk Ağsaqqalları İctimai Birliyinin Nizamnamə tələblərini dəfələrlə pozduğuna görə, 17.05.2024-cü il tarixində keçirilmiş TAİB İdarə Heyətinin iclasında qəbul edilən qərarla təşkilat sıralarından xaric edilmiş pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin iddiasından gedir.
Biz təşkilatımızın ictimai nüfuzunu nəzərə alaraq daxili məsələlərimizin mətbuatda müzakirə olunmasını istəmədiyimizdən Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsi və bunun hansı səbəblərdən baş verdiyini açıqlamadıq.
Bu gün də təəssüf edirik ki, bu kimi heç bir ictimai əhəmiyyəti olmayan, hər bir təşkilatın daxili həyatında ola biləcək sıradan bir məsələ mətbuatda müzakirə olunur.
Tam oxu
Xəbəri oxu