Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Dünən 28.11.2024-cü il tarixində bəzi onlayn media subyektlərində Türk Ağsaqqalları Ar
Məlumatlarda qeyd olunur ki, guya S.İmamverdiyev adı göstərilməyən şəxsə qarşı böhtana yol verib.
Məsələ ilə bağlı TAİB bəyanatla çıxış edib. Modern.az bəyənatı olduğu kimi təqdim edir: “TAİB bu iddianı tamamilə rədd edir və bəyan edir ki
Ortada yalnız ayrı-ayrı saytların mənbə göstərilmədən yaydığı qeyri-rəsmi məlumatlar var.
Biz öz əlaqələrimizdən istifadə edərək dəqiqləşdirdik ki, söhbət Türk Ağsaqqalları İctimai Birliyinin Nizamnamə tələblərini dəfələrlə pozduğuna görə, təşkilat sıralarından xaric edilmiş pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin iddiasından gedir.
Biz təşkilatımızın ictimai nüfuzunu nəzərə alaraq daxili məsələlərimizin mətbuatda müzakirə olunmasını istəmədiyimizdən Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsi və bunun hansı səbəblərdən baş verdiyini açıqlamadıq.
Bu gün də təəssüf edirik ki, bu kimi heç bir ictimai əhəmiyyəti olmayan, hər bir təşkilatın daxili həyatında ola biləcək sıradan bir məsələ mətbuatda müzakirə olunur.
Bəyan edirik ki, TAİB QHT-lərin inkişafı üçün Dövlətin yaratdığı imkanlardan istifadə edərək formalaşmış və strukturlaşmış İctimai Birlikdir və fəaliyyəti də bilavasitə Nizamnamə tələblərinə uyğun şəkildə həyata keçirilir.