Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Dünya Türk Ailə Günü (ToruzKAP) olaraq Dünya Türk Qadınları Platformasını qürur və birlik hissi ilə qeyd edirik.
"Türk ailəsi tarix boyu mədəniyyətimizin, dəyərlərimizin, ictimai həmrəyliyimizin ən güclü daşıyıcısı olub. Ailə quruluşumuz sevgi, hörmət, fədakarlıq və məsuliyyət hissi ilə nəsildən-nəslə ötürülən dərin köklü irsi təmsil edir".
Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformunun sədri Günay Əliyeva Dünya Türk Dili Ailəsi Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O qeyd edib ki, bu mənalı gündə ailənin əsas sütunu olan türk qadınının roluna diqqət çəkilir:
"Həmçinin, qadınların birləşdirici, qoruyucu və yol göstərən roluna diqqət yetirilir. Güclü ailələr güclü cəmiyyətlər yaradır. Türk ailə quruluşunun qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".
Günay Əliyeva, "Dünya Türk Dili Ailəsi Gününü Dünya Türk Qadınları Platforması olaraq qürur və birlik hissi ilə qeyd edirik",-deyə vurğulayıb.
Süleyman