Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli aktrisa Büşra Develi şəxsi həyatı və ailə qurmaq barədə fikirləri ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi hazırda romantik münasibətinin olmadığını açıqlayıb.
Evliliyə yanaşmasından danışan Develi bildirib ki, sırf ailə qurmuş olmaq üçün nikaha girməyi düzgün hesab etmir. Onun fikrincə, evlilik münasibətlərin mahiyyətini dəyişməyəcəksə, belə bir qərar verməyə ehtiyac yoxdur.
Aktrisa düşünür ki, iki insan birlikdə xoşbəxtdirsə və nikahın həyatlarında əlavə bir dəyişiklik yaratmayacağını anlayırlarsa, evlənmək məcburiyyətində deyillər.
Büşra Develi münasibətlərdən gözləntisini isə bu sözlərlə ifadə edib: "Evlənməklə bağlı konkret fikrim yoxdur, həyat yoldaşından daha çox həyat partnyoru istədiyim bir mərhələdəyəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)