Türk aktrisanı Merilin Monroya bənzətdilər (Video)

13.11.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli aktrisa Melis Sezen qatıldığı film təqdimatında seçdiyi obrazla diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, Türkiyədə təşkil olunan təqdimat mərasimində yerli sənət və şou-biznes nümayəndələri bir araya gəlib. Gecənin ən çox müzakirə olunan simalarından biri isə cəsarətli geyim seçimi ilə kameraların diqqətini çəkən Melis Sezen olub.

Aktrisanın dekolteli libası və ümumi görünüşü sosial şəbəkələrdə geniş maraq doğurub. İzləyicilərin bir qismi onun tərzini amerikalı məşhur aktrisa və model Merilin Monroya bənzədib.

Melis Sezenin tədbirdəki obrazı gecənin diqqətçəkən mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью