“Türk axını” ilə Rusiya qazının Slovakiyaya tədarükü artıb | Icma.az
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Türk axını” ilə Rusiya qazının Slovakiyaya tədarükü əhəmiyyətli dərəcədə artıb.
Bu barədə “İzvestiya”ya Slovakiyanın baş naziri Robert Fiko bildirib.“Rusiya qazının Slovakiyaya tədarükü xeyli artıb – ölkəni təmin etmək üçün “Türk axını”ndan istifadə edilib”, - deyə siyasətçi bildirib.Fiko qeyd edib ki, “Almaniya və digər şirkətlər”dən Rusiya qazı olmadan artıq mövcud ola bilməyəcəklərini eşidəndə böyük məmnunluq hissi keçirir.“Rusiya qazı olmadan Avropada qiymət sabitliyinə və rəqabət qabiliyyətinə zəmanət vermək mümkün deyil”, o vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu