Türk birliyinin ilk filmindən EKSKLÜZİV FOTOLAR

30.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TÜRKSOY ölkələrinin dəstəyi ilə ərsəyə gələn "Molla Nəsrəddin- çətin günlərimin dostu" filminin çəkilişləri davam edir.
Teleqraf.com xəbər verir ki, Qırğızıstanda çəkilişləri bitirən yaradıcı heyət filmin ardını Qazaxıstan, Türkiyə və Azərbaycanda çəkəcək.
Altı türk dövlətinin iştirakı ilə baş tutan ilk belə layihənin istehsalçısı Azərbaycan şirkəti olan "Nasreddin Production"dır.
Türk dünyası tarixində böyük layihə hesab edilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.
Filmin Qırğızıstandakı çəkilişlərindən fotoları Teleqraf.com-a ekran əsərinin prodüseri Zaur Darabzadə təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью