Türk dövlətində fövqəladə vəziyyət: İnsanlar məscidlərə də yerləşdirilib VİDEO

28.06.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırğızıstanın şimalında yerləşən Çuy vilayətində dağ gölündə bəndin yarılması nəticəsində fövqəladə vəziyyət yaranıb. Ölkə.Az xəbər verir ki, hadisə səbəbilə 950 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Bəndin dağılması iki kənd arasında yerləşən körpünün dağıdılması ilə nəticələnib və bu səbəbdən həmin yol sahəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Təxliyə edilən insanlar yaxınlıqdakı kəndlərdə yerləşən məktəblərdə, məscidlərdə, mədəniyyət evlərində və internat tipli müəssisələrdə yerləşdirilib. Hadisənin nəticələrinin aradan qaldırılması üçün ətraf rayonlardan xüsusi qruplar və mütəxəssislər əraziyə cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью