Türk dövlətinin rəhbərinə qarşı sanksiya

12.09.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı oktyabr ayında sanksiya siyahılarını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır. Yeni siyahıya 1600-dən çox fiziki və hüquqi şəxsin daxil edilə biləcəyi bildirilir.

Modern.az xəbər verir ki, mümkün yeni sanksiya tətbiq ediləcək şəxslər arasında Tatarıstanın rəhbəri Rüstəm Minnixanovun da adı çəkilir.

Məlumata görə, Brüsseldə Minnixanov Ukraynadan uşaqların Tatarıstana aparılması, o cümlədən onların “Miras” düşərgəsində yerləşdirilməsi ilə əlaqələndirilir.

Bundan başqa, 15-dən çox təşkilatın, o cümlədən uşaq düşərgələri, təhsil və idman mərkəzlərinin də Aİ-nin məhdudiyyətləri ilə üzləşə biləcəyi qeyd olunur.

Sanksiyaların potensial olaraq əhatə edə biləcəyi şirkətlərin ümumi illik dövriyyəsinin isə 22 milyard dollar civarında olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью