Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Cənab Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana reallaşdırılan dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı qədər, türk dövlətləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Türk dövləti ilə münasibətlər, yaxınlıq, qardaşlıq dediyimiz zaman əvvəllər sadəcə Türkiyə ilə münasibətlər nəzərdə tutulurdusa, artıq elə bir nizam formalaşır və bu nizam getdikcə elə bərkiyir ki, bu amil Qazaxıstana, Özbəkistana və türkdilli dövlətlərin hər birinə şamil olunur.
Türkiyə ilə Azərbaycan arasında olan etimad niyə görə də bu dövlətlərin hər biri ilə ayrı-ayırılıqda olmasın?” Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, bu baxımdan Qazaxıstanla əlaqələr bu yolda yeni bir model kimi tətbiq oluna bilər: “Bunun artıq əsası qoyulub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi hava limanında şəxsən qarşılayıb, şəxsən yola salması məhz bundan xəbər verir.
Bu həm də o deməkdir ki, xarici təhdidlərə, risklərə qarşı mübarizədə birləşmək bacarığımız da, potensial və imkanlarımız da, mütəmadi dialoqumuz da mövcuddur.
Bunu sübut edən amili Tokayevin ritorikasında, fikirlərində bir daha görmək olar.