Icma.az, Modern.az saytına istinadən bildirir. Lefkoşa millət vəkili və əvvəlki dövr Məclis sədri Zorlu Töre, MediaTürk TV-də Serdar Şengülü
Modern.az xəbər verir ki, proqramda Türkiyədə baş verən bayraq endirmə təxribatı və rus filosofu Aleksandr Duqinin Türk dünyasına yönəlik sə
Zorlu Töre milli dəyərlərə qarşı yönələn bu cür addımların qəbuledilməz olduğunu vurğulayıb.
Türk bayrağının Türk milləti üçün müqəddəs bir rəmz olduğunu bildirən Töre qeyd edib ki, Türkiyədə adı və soyadı türk olan milyonlarla insan yaşayır və bayrağa qarşı edilən hər cür hörmətsizlik cəmiyyətdə ciddi narahatlıq yaradır.
O, bu tip təxribatların heç kimə fayda vermədiyini, lakin milli simvollara qarşı yönələn hərəkətlərə də səssiz qalınmayacağını bildirib.
Zorlu Töre çıxışında rus filosofu Aleksandr Duqinin Türk dünyasına mənsub dövlətlər haqqında səsləndirdiyi fikirləri də sərt şəkildə tənqid edib.
Bu açıqlamaların qəbuledilməz olduğunu deyən Töre, Rusiyanın idarəsindən azad olmuş Türk dövlətlərinin bu gün siyasi, iqtisadi və hərbi baxımdan gücləndiyini vurğulayıb.
“Türk Dövlətləri ifadəsi səslənən kimi bəzi güc mərkəzləri narahat olur.