“Türk Dövlətləri Təşkilat mühüm platformaya çevrilib” Baş müşavir

15.09.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

“Beynəlxalq arenadakı mövcud təhdidlər türk dövlətlərinin birgə hərəkət etmələrini zəruri edir”.

525.az xəbər verir ki, bunu “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasda Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik deyib. 

O bildirib ki, Türk Dövlətləri Təşkilatının illər ərzində keçdiyi inkişaf yolu və bu gün türk dövlətlərini bir araya gətirən mühüm platformaya çevrilməsi böyük əhəmiyyət kəsb edir.

“TDT-nin son illərdə çox ciddi aktor kimi formalaşdığı göz önündədir. Bu gün türk dövlətlərinin bir araya gəlməsi, ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi təşkilatın gələcəyindən xəbər verir”, - Sertçelik vurğulayıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью