Türk Dövlətləri Təşkilatı gömrük haqqında Sazişin qüvvəyə mindiyini elan edib

30.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında ticarəti asanlaşdırmaq məqsədilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin qüvvəyə mindiyini bəyan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, TDT tərəfindən "Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı" başlığı ilə yayımlanan açıqlamada, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanan Sazişin 2024-cü il noyabrın 29-da rəsmən qüvvəyə mindiyi vurğulanıb.

Təşəbbüsün əsas məqsədi türkdilli ölkələr arasında gömrük prosedurlarını sadələşdirmək, rəqəmsal məlumat mübadiləsini genişləndirmək və tranzit müddətlərini qısaltmaqla ticarət axınlarını sürətləndirməkdir. Bu addımın regiondaxili iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью