Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
David İbramxəlilov, YAP Qusar rayon təşkilatının sədri Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak və çıxış edib.
Bildiyimiz kimi Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.
Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib.
İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Azərbaycan həm də Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək.
Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir.