Türk dövlətlərinin başçıları Azərbaycana gələcək

21.05.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram”.
Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.
İ. Əliyev əlavə edib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.
Azərbaycan prezidenti qeyd edib ki, keçən il TDT-nin ilk qeyri-rəsmi sammiti Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm”.
Prezident Azərbaycanın türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyduğunu da xatırladaraq, bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağının gözlənildiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью