Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri yüksək qiymətləndirilir Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlıq haqqında Saziş gələcək üçün mühüm təməllər yaradır Azərbaycanın “yaşıl” enerjiyə keçid və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində atdığı addımlar ölkəmizin daxili inkişafına, beynəlxalq çağırışlara mühüm dəstək olmaqla yanaşı, həm də regionda və beynəlxalq arenada əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə yol açır.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri isə həm də dost və tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir.
Bu mənada, Azərbaycanın əsas tərəfdaşlarından olan Türk dövlətləri ölkəmizin bu sahə üzrə verdiyi töhfələrə xüsusi diqqət yetirir.
Yeri gəlmişkən, noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.
Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.
Görüşdə çıxış edən Prezident İlham Əliyev üç qardaş ölkənin öz əməkdaşlığını yeni səviyyəyə qaldırdığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, sazişin imzalanması tarixi hadisədir: “Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik.