Türk dövlətlərinin ortaq himni hazırlanacaq | Icma.az
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Tribunainfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.
O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək.
Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”. E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi i
Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.
Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.
Tam oxu
Xəbəri oxu